|
|
| Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin toplantısı keçirilib |
|
|
Tarix: 11.05.2012 | Saat: 08:19:00 | E-mail | Çapa göndər
|
|
10 azərbaycanlı jurnalistə bu nüfuzlu qurumun Vyanada təsdiq olunub gəlmiş beynəlxalq statuslu üzvlük vəsiqəsi təqdim edilib
Bu gün Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin toplantısı keçirilib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sədrliyi ilə keçirilən toplantıda qurumun fəaliyyəti geniş müzakirə edilib. U.Rəhimoğlu BMİ-nin missiyası ilə yeni üzvlərin cəlb edilməsi və Milli Komitələrin qurulması üçün aprel-may aylarında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, BMİ-nin üzvü Azər Həsrətlə Orta Asiyaya etdikləri səfər barədə ətraflı məlumat verib.
 |
|
|
|
| Buranovlu nənələr İjevskidə yaşayan azərbaycanlıların qonağı olub |
|
|
Tarix: 09.05.2012 | Saat: 06:12:00 | E-mail | Çapa göndər
|
|
Zülfüqar Mirzəyev: “Biz istəyirik ki, “Buranovski babuşki” qrupu Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsində yüksək yer tutsun”
Rusiyanın Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində Udmurtiya azərbaycanlılarının “Dostluq” cəmiyyətinin Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsinin rusiyalı təmsilçiləri “Buranovlu nənələr” (“Buranovski babuşki”) folklor qrupunun şərəfinə böyük tədbir keçirib. Bu barədə İjevskidə yaşayan iş adamı, Udmurtiyada yaşayan azərbaycanlılarının “Dostluq” cəmiyyətinin sədr müavini Zülfüqar Mirzəyev məlumat verib.
 |
|
|
|
| Umud Rəhimoğlu: “20 il keçməsinə baxmayaraq, bəşəriyyət hələ də bu vandalizm aktından xəbərsizdir” |
|
|
Tarix: 07.05.2012 | Saat: 05:48:00 | E-mail | Çapa göndər
|
|
BAMF sədrindən Azərbaycan QHT-lərinin Şuşa ilə bağlı çağırışına əməli dəstək gəldi
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar “Şuşaya azadlıq” adlı beynəlxalq kampaniyaya start verib. Bununla bağlı Azərbaycan QHT-lərinin toplantısında bəyanat da qəbul edilib. Bəyanatda Şuşanın işğaldan azad edilməsi ilə bağlı bir sıra işlərin görüləcəyi də yer alıb.
 |
|
|
|
| Mətbuat Şurası və BMİ-nin Azərbaycan Milli Komitəsi Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd etdi |
|
|
Tarix: 03.05.2012 | Saat: 06:42:00 | E-mail | Çapa göndər
|
|
Bu gün Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş «dəyirmi masa» keçirilib. MŞ-də baş tutan tədbiri giriş sözü ilə Şura sədrinin müavini, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu açıb.
U.Rəhimoğlu bildirib ki, hər il dünyada qeyd edilən Ümumdünya Mətbuat Azadlığı Gününün özünəməxsus tarixi var. «Soyuq müharibə»nin başa çatması ilə dünyanın siyasi düzənində dəyişikliklərin baş verdiyinə diqqət çəkən komitə rəhbəri medianın da mövcud situasiyaya adekvat reaksiyasının vacibliyindəhn bəhs edib.
 |
|
|
|
| 3 may Ümumdünya mətbuat azadlığı günü münasibəti ilə BMT Baş katibi cənab Pan Ki-mun və YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın birgə müraciəti |
|
|
Tarix: 03.05.2012 | Saat: 05:51:00 | E-mail | Çapa göndər
|
|
3 may 2012-ci il
İfadə azadlığı bizim ən dəyərli insan hüquqlarımızdan biridir. Bu hüquq bütün digər azadlıqların əsası olub insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün isə ən vacib amil azad, plüralist və müstəqil mediadır.
Bu Ümumdünya Mətbuat Azadlığı Günü münasibətlə edilmiş bir müraciətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya və ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir.
 |
|
|
|
| Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Azərbaycan qeyri-hökumət təşkilatlarının bəyanatı |
|
|
Tarix: 03.05.2012 | Saat: 00:48:00 | E-mail | Çapa göndər
|
|
03 may 2012-ci il
Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Azərbaycan qeyri-hökumət təşkilatlarının
BƏYANATI
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının 2 may 2012-ci il tarixli toplantısında qəbul edilmişdir
20 ildir ki, Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 8 may 1992-ci ildə yerli könüllü özünümüdafiə dəstələrinin qəhrəmancasına döyüşməsinə və layiqli müqavimətinə baxmayaraq, sayca qat-qat üstün olan, ən müasir silahlarla təchiz edilmiş Ermənistan hərbi birləşmələri Şuşanı işğal etdi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü.
 |
|
|
|
| Azərbaycanın bölgə mətbuatı nümayəndələrinin Türkiyəyə səfəri başlayır |
|
|
Tarix: 25.04.2012 | Saat: 01:34:00 | E-mail | Çapa göndər
|
|
Ölkəmizin bölgə mətbuatı təmsilçiləri Türkiyəyə səfəri başlayır. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında mərasim keçirilib
Toplantını açan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, qardaş ölkənin Ankara, Konya və İstanbul şəhərlərinə səfər gerçəkləşdirəcək nümayəndə heyətinin üzvləri oradakı media vasitələrinə baş çəkmək, təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
 |
|
|
|
| Umud Rəhimoğlu Londona səfər edib |
|
|
Tarix: 20.04.2012 | Saat: 05:40:00 | E-mail | Çapa göndər
|
|
O, Londonda BMİ-nin Milli Komitəsinin və BBC-nin departament rəhbərləri ilə görüşüb
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu İngiltərəyə səfər edib. Səfər zamanı o, BMİ-nin Böyük Britaniya Milli Komitəsinin, “City London” Universitetinin jurnalistika fakültəsinin rəhbəri, professor Corc Brokla görüşüb. U.Rəhimoğlu 28 il “The Times” qəzetində çalışan C.Brokla görüşündə əsasən BMİ-nin Milli Komitələrinin vəziyyəti, fəaliyyəti və gələcəkdə görülə biləcək işlər barəsində ətraflı söhbət ediblər.
 |
|